Pakistanda güclü yağış və qar 14 nəfərin ölümünə səbəb olub

Pakistanda güclü yağış və qar 14 nəfərin ölümünə səbəb olub
# 13 yanvar 2020 11:44 (UTC +04:00)

Pakistanın qərbində Bəlucistan əyalətinin müxtəlif bölgələrinə yağan güclü yağış və qar nəticəsində ən azı 14 nəfər ölüb.

APA-nın "Dawn" qəzetinə istinadən verdiyi xəbərə görə, hava şəraiti ilə əlaqədar olaraq Quetta beynəlxalq hava limanında bir neçə reys, o cümlədən Səudiyyə Ərəbistana olan reyslər təxirə salınıb.

Qar və leysan yağışlarının ən azı bir neçə gün daha davam etməsi gözlənilir.

Güclü qar səbəbindən Pakistan və Əfqanıstanı birləşdirən Kozhak-Pass avtomobil yolunda tıxac yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR