Pakistanda musson yağışları nəticəsində 64 nəfər ölüb

Pakistanda musson yağışları nəticəsində 64 nəfər ölüb
# 10 avqust 2020 08:41 (UTC +04:00)

Pakistanda son üç gündə ən az 64 nəfər musson yağışlarının qurbanı olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Sinxua xəbər agentliyi məlumat yayıb.

Pakistan Milli Fəlakət İdarəetmə Agentliyindən bildirilib ki, ən çox ölüm sayı şimal-qərbdəki Xayber-Paxtunkva əyalətindədir. Bölgədə su basmış ərazilərlə əlaqə kəsilib, çay daşqınları yüzlərlə yaşayış evini dağıdıb, körpüləri sıradan çıxarıb, yüksək gərginlikli elektrik ötürücü qüllələri yarasız hala salıb.

Cənubi Sind bələdiyyəsində kanallardan birinin bəndi uçduğundan bir neçə kəndi su basıb. Çox sayda ölənin olduğu bildirilir.

Sakinlərini təxliyə etmək üçün bazar günü əraziyə ordu bölmələri və vertolyotlar gətirilib. Fəlakət zonasında hərbçilər tərəfindən səyyar xəstəxana quraşdırılıb.

Yağışlar Pakistanın ən böyük şəhərləri olan Kəraçi və Lahorda normal həyatı iflic edib. Meqalopolislərin küçələrini su basıb, sel şəhər infrastrukturuna ciddi ziyan vurub, nəqliyyatın hərəkətinə maneə yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR