Pakistanda təbii fəlakət nəticəsində ölənlərin sayı 93-ə çatıb

Pakistanda təbii fəlakət nəticəsində ölənlərin sayı 93-ə çatıb
# 15 yanvar 2020 09:12 (UTC +04:00)

Pakistanın regionlarına yağan güclü yağış və qar nəticəsində ölənlərin sayı artıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, ölənlərin sayı 93 nəfərə çatıb, daha 53 nəfər yaralanıb.

Hava qurbanlarından 66-sı Azad Kəşmir bölgəsinin payına düşür. Bəlucistanda 20, Pəncabda isə ən azı 7 nəfər əlverişsiz havanın qurbanına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR