Pakistanda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb

Pakistanda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
# 07 yanvar 2020 17:18 (UTC +04:00)

Pakistan Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə “geo.tv” məlumat yayıb.

Bildirilib ki, təlim uçuşu zamanı PAF FT-7 təyyarəsi Mianvali yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədəki iki pilot həlak olub.

Qəzanın səbəbini müəyyənləşdirmək üçün araşdırma komissiyası yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR