Pakistanda zəhərli qazdan ölənlərin sayı artıb

Pakistanda zəhərli qazdan ölənlərin sayı artıb
# 18 fevral 2020 13:31 (UTC +04:00)

Pakistanın cənubunda Karaçi limanında zəhərli naməlum qazın havaya sızması nəticəsində ölənlərin sayı artıb.

APA-nın “Geo TV”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində zəhərlənərək ölənlərin sayı 9-a çatıb.

Naməlum qazdan zəhərlənənlərin sayı isə 500 nəfərə yüksəlib.

Yerli hakimiyyət orqanları sakinlərin liman ərazisindən təxliyəsi üçün hazırlıqlara başlayıb.

Qeyd edək ki, daha əvvəl Karaçi limanında naməlum zəhərli qazın sızması nəticəsində azı 5 nəfərin öldüyü bildirilib, 70 nəfər isə zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR