Pakistanın Karaçi limanında zəhərli qazın sızması nəticəsində 5 nəfər ölüb

Pakistanın Karaçi limanında zəhərli qazın sızması nəticəsində 5 nəfər ölüb
# 17 fevral 2020 01:13 (UTC +04:00)

Pakistanın cənubundakı Karaçi dəniz limanında naməlum zəhərli qazın sızması nəticəsində azı 5 nəfər ölüb, daha 70 nəfər zəhərlənib.

APA xəbər verir ki, bu barədə “Sinhua” xəbər agentliyi polis və xilasetmə işçilərinə istinadən məlumat yayıb.

Məlumata görə, qaz sızması işçilər gəmidən kimyəvi maddə dolu konteyneri boşaldarkən baş verib. Yerli xilasetmə xidmətləri nümayəndəsinin sözlərinə görə, zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir. Buna görə də ölənlərin sayının arta biləcəyi istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR