Pekin aeroportları qum qasırğasına görə 400-dən çox aviareysi ləğv edib

Pekin aeroportları qum qasırğasına görə 400-dən çox aviareysi ləğv edib
  • Clock-gray 09:44
  • calendar-gray 15 Mart 2021

Pekinin Şoudu və Dasin hava limanları martın 15-də qum qasırğası səbəbindən 428 aviareysi ləğv edib. Havadakı incə qatı hissəciklərin konsentrasiyası icazə verilən maksimum dərəcəni 160 dəfə aşıb.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, görüntü pisləşib, yollarda tıxac əmələ gəlib.

Sinoptiklər açıq havada tədbirlərin keçirilməməsini, meqapolis sakinlərinə isə qətiliklə ehtiyac olmadığı təqdirdə çölə çıxmamağı tövsiyə ediblər. Vəziyyətin yalnız martın 16-da sabitləşəcəyi gözlənilir.

APA-Economics

Digər xəbərlər