Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar İranda 3 gün matəm elan edilib

Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar İranda 3 gün matəm elan edilib
# 03 yanvar 2020 10:54 (UTC +04:00)

İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Xamenei Qasım Süleymani və Mehdi Əl-Mühəndisin yaxınlarına başsağlığı verib.

“İran xalqı Qasım Süleymani və onunla birlikdə şəhid olan Əbu Mehdi Əl-Mühəndisin xatirəsini həmişə əziz tutacaq. Ölkədə 3 gün matəm elan edirəm”, - deyə Xamenei vurğulayıb.

Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR