Qasim Süleymaninin yerini ABŞ kəşfiyyatına bildirən şəxs edam olunub

Qasim Süleymaninin yerini ABŞ kəşfiyyatına bildirən şəxs edam olunub
# 20 iyul 2020 10:32 (UTC +04:00)

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasim Süleymaninin ölümündə təqsirləndirilən Mahmud Musəvi Məcd edam edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, casusluqda ittiham olunan şəxslə bağlı çıxarılan hökm iyulun 20-də səhər saatlarında icra olunub.

Mahmud Musəvi Məcd həm İsrail kəşfiyyatına, həm də ABŞ kəşfiyyatına işləyib. O, pul alaraq Qasim Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları toplayıb və aidiyyəti üzrə ötürüb.

Xatırladaq ki, yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasim Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR