Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB

   Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
# 10 yanvar 2021 19:45 (UTC +04:00)

Qazaxıstanda parlamentin aşağı palatası olan Məclisə və yerli təmsilçilik orqanlarına seçkilər başa çatıb.

APA-nın xəbərinə görə, yerli vaxtla saat 21.00-da bütün ölkə ərazisində səsvermə yekunlaşıb.

Saat 20.00-a seçici fəallığı 63,1 faiz təşkil edib. Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçkilərdə yekun seçici fəallığı ilə bağlı ilkin məlumatı saat 22.00-dan sonra dərc edəcək. Seçkinin ilkin nəticələri barədə məlumat isə yanvarın 11-də açıqlanacaq.

Ölkədə seçki ilə bağlı bütün proseslər yanvarın 17-dək başa çatmalıdır.

***

saat 08.44

Qazaxıstanda parlament məclisinə (aşağı palata) və məslihatlara (hakimiyyətin yerli nümayəndəlikləri) növbəti seçkilərdə səsvermə başlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Konstantin Petrov bildirib.

Nur-Sultan vaxtı ilə saat 07:00-da (Bakı vaxtı ilə 05:00) Qazaxıstanın əksər bölgələrində seçki məntəqələri açılıb. Nur-Sultan vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 06:00) ölkənin qərb bölgələrində - Qərbi Qazaxıstan, Atırau, Aktübin, Qızıl Orda və Manqistau vilayətlərində səsvermə başlanılıb.

“Paytaxt vaxtı ilə saat 08:00-dan etibarən ölkənin hər yerində 10 994 seçki məntəqəsində və Qazaxıstan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərində 17 seçki məntəqəsində səsverməyə başlanılıb”, - deyə MSK rəsmisi brifinq zamanı bildirib.

Onun sözlərinə görə, xaricdəki 49 seçki məntəqəsi saat zonalarındakı fərq nəzərə alınaraq səsverməyə daha sonra başlayacaq.

Səsvermə ölkənin əsas ərazisində Nur-Sultan vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə 18:00) sona çatacaq. Qərb bölgələrində vaxt fərqi səbəbindən məntəqələr bir saat gec bağlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR