Qərb diplomatları Xəlifə Haftarın ordusunun yeni hücumlara başlamasından sonra Liviya paytaxtını tərk edir

Qərb diplomatları Xəlifə Haftarın ordusunun yeni hücumlara başlamasından sonra Liviya paytaxtını tərk edir
# 13 dekabr 2019 05:53 (UTC +04:00)

Liviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Haftar Tripoliyə həlledici hücumun başladığını elan etdikdən sonra Qərb diplomatları Liviyanın paytaxtını tərk etməyə başlayıb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, diplomatik nümayəndəliklərin heyəti dəniz yolu ilə Liviyanı tərk etmək üçün paytaxtın qərbindəki Canzur bölgəsinə doğru gediblər. Ancaq bu məlumatla bağlı xarici dövlətlərin səfirlikləri və Tripoli rəhbərliyi hələlik rəsmi bir açıqlama yaymayıb.

Qeyd edək ki, cümə axşamı Xəlifə Haftar xalqa müraciətində LMO-nun “paytaxtın ürəyində həlledici bir döyüşün və hücumun başladığını” elan edib. Son məlumatlara görə, onun verdiyi açıqlamalardan sonra ordu fəal şəkildə Milli Razılıq Hökumətinə sadiq birləşmələrə hücuma başlayıb. Artıq ölkənin əsas şəhərinin kənarındakı bir sıra düşmən mövqeləri geri alınıb, eyni zamanda ölkənin sahillərində nəzarətin əldə olunması üçün döyüşlərə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR