Qətər Fələstinin Qəzza Zolağını dəstəkləmək üçün 360 milyon dollar ayırıb

Qətər Fələstinin Qəzza Zolağını dəstəkləmək üçün 360 milyon dollar ayırıb
# 31 yanvar 2021 18:47 (UTC +04:00)

Qətər Dövləti, Fələstinin Qəzza Zolağını dəstəkləmək üçün 360 milyon dollar qrant ayırıb.

APA bildirir ki, bu barədə Qətər xəbər agentliyi “QNA” məlumat verib.

Agentliyin məlumatına görə, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani "Qəzza Zolağına 2021-ci il ərzində istifadə ediləcək 360 milyon dollar məbləğində maliyyə qrantı” ayırmaqla bağlı əmr verib.

Bildirilir ki, Qətər Qəzza zolağına müntəzəm olaraq maliyyə qrantları verir.

Bu pul Fələstin hökuməti tərəfindən işçilərə maaş vermək, elektrik stansiyalarının fəaliyyətini maliyyələşdirmək və ən çox ehtiyacıolan ailələrə maddi dəstək vermək üçün istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR