Roma Papası Fransisk İraqa ilk səfərini reallaşdırıb

Roma Papası Fransisk İraqa ilk səfərini reallaşdırıb
# 07 mart 2021 08:43 (UTC +04:00)

Roma Papası Fransisk İraqda səfərdədir. Bu, Roma Katolik Kilsəsi rəhbərinin iraqa ilk səfəridir.

APA TASS-a istinadən xəbər verir ki, Papa İraq şiələrinin ruhani lideri - Ali Ayətullah Əli əl-Sistani ilə də ilk görüşünü reallaşdırıb.

İki dini lider müasir dünyada zorakılıq və ayrıseçkilik, bunların aradan qaldırılması üçün dini dialoqun vacibliyini müzakirə ediblər. Əli əl-Sistani, xüsusilə ölkənin şimalında üç ildir ki, İŞİD terror təşkilatının törətdiyi vəhşiliklərlə və təqiblərlə üzləşən, məhv edilən xristianlara qarşı sədaqətini vurğulayıb. 2000-ci illərin əvvəlləri ilə müqayisədə İraqdakı xristian əhalinin sayı 80% azalıb.

Papanın səfərinin əsas səbəblərindən biri də həm katolik, həm də pravoslav icmalarının təmsil etdiyi xristianlara dəstək və həmrəyliyin nümayiş etdirilməsidir.

Bundan başqa, Papa Fransisk simvolik bir yerdə - xirstianlıq, iudaizm və İslam dinində adı keçən İbrahim peyğəmbərin doğulduğu tarixi Ur şəhərində dinlərarası toplantıya rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR