Ruhani ABŞ ordusunun terror təşkilatı elan edilməsi ilə bağlı qanun layihəsini təsdiq edib

Ruhani ABŞ ordusunun terror təşkilatı elan edilməsi ilə bağlı qanun layihəsini təsdiq edib
  • Clock-gray 15:09
  • calendar-gray 13 Yanvar 2020

Prezident Həsən Ruhani İran parlamentinin ABŞ ordusunun terror təşkilatı elan edilməsi ilə bağlı qanun layihəsini təsdiq edib.

APA-nın Tehran bürosunun məlumatına görə, qanun layihəsinə əsasən, Pentaqon və ABŞ-ın Mərkəzi Komandanlığına (CENTCOM) bağlı bütün qurumlar və şirkətlər terror təşkilatı, onların ixtiyarında olan bütün qüvvələr isə terrorçu hesab olunurlar.

Qeyd edək ki, qanun layihəsi general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra yanvarın 7-də parlamentdə qəbul olunub.

Süleyman Fərzəliyev

Digər xəbərlər