Ruhani: “Qasım Süleymaninin qətlinə görə məsuliyyəti Tramp və Pompeo daşıyır”

Ruhani: “Qasım Süleymaninin qətlinə görə məsuliyyəti Tramp və Pompeo daşıyır”
# 30 dekabr 2020 12:26 (UTC +04:00)

2020-ci il dünyanın bütün ölkələri üçün çətin bir il oldu.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Prezidenti Həsən Ruhani bu gün səhər Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib.

“Bu ilin əvvəlindən və hətta 2019-cu ilin sonundan etibarən bir əsrdə bənzərsiz bir virusla üzləşdik. Dünyanın bütün ölkələrinin iqtisadiyyat, təhsil, mədəniyyət və səhiyyə baxımından böyük problemləri var. Özümüzü bu problemdən uzaqlaşdırmaq üçün səylər göstərilməlidir”. – deyə H. Ruhani qeyd edib.

O, bu ilin əvvəlində general Qasım Süleymaninin qətlə yetirildiyini xatırladaraq bu cinayətə görə məsuliyyəti ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeonun daşıdığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR