Rusiya, İran və Çin donanmalarının birgə hərbi təlimi keçiriləcək

Rusiya, İran və Çin donanmalarının birgə hərbi təlimi keçiriləcək
# 08 fevral 2021 16:26 (UTC +04:00)

Rusiya, İran və Çin donanmalarının növbəti birgə hərbi təlimi Hind okeanında keçiriləcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan məlumat verib.

Onun sözlərinə görə, hərbi təlim 2021-ci il fevralın ortalarında Hind okeanının şimal hissəsində keçiriləcək.

Qeyd edək ki, Rusiya, İran və Çin 2019-cu ilin dekabr ayının sonlarında da "Dəniz Təhlükəsizliyi Kəməri" adlı hərbi təlim keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR