Rusiya hərbçiləri Suriyada kimyəvi silah təxribatı haqqında məlumat yayıb

Rusiya hərbçiləri Suriyada kimyəvi silah təxribatı haqqında məlumat yayıb
# 09 iyul 2020 00:12 (UTC +04:00)

“Hayat Tahrir Aş-Şam” terror qrupunun silahlıları İdlibdə bir neçə kəndin ərazisində təxribatlar planlaşdırır”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Suriyadakı döyüşən tərəfləri barışdırmaq missiyasını həyata keçirən Rusiya Mərkəzinin rəhbəri kontr-admiral Aleksandr Şerbitski brifinqdə bildirib.

O, terrorçuların Dəməşqdə kimyəvi silah istifadə etmək niyyətində olduqlarını deyib.

Qeyd edib ki, yaraqlılar naməlum zəhərli maddələrlə doldurulmuş ən az 15 partlayıcı qurğu istehsal edib.

Bu qurğuların Sarmada şəhərindəki laboratoriyada hazırlandığı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR