Rusiya nümayəndə heyəti İdliblə bağlı sabah Türkiyəyə səfər edəcək

Rusiya nümayəndə heyəti İdliblə bağlı sabah Türkiyəyə səfər edəcək
# 07 fevral 2020 12:58 (UTC +04:00)

Rusiya nümayəndə heyəti İdliblə bağlı Türkiyəyə səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Slovakiyanın Xarici işlər və Avropa naziri Miroslav Layçakla birgə mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya nümayəndə heyətinin Türkiyəyə səfəri sabaha planlaşdırılıb.

Nazir qeyd edib ki, Türkiyə Suriyada atəşkəsi təmin etmək üçün bütün razılaşmalara əməl edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR