Rusiya və Türkiyə prezidentləri İstanbulda Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Rusiya və Türkiyə prezidentləri İstanbulda Suriyadakı vəziyyəti müzakirə edəcəklər
  • Clock-gray 14:55
  • calendar-gray 11 Dekabr 2019

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev deyib. 

"Hansı məsələlərin müzakirə olanacağını söyləmək hələ tezdir. Əlbəttə ki, ikitərəfli əməkdaşlıq və digər ən vacib məsələ, Suriyadakı vəziyyət, bununla bağlı qarşılıqlı fəaliyyət və koordinasiya məsələləri müzakirə olunacaq", - deyə o bildirib. 

A.Lavrentiyev əlavə edib ki, görüşdə Suriya ilə bağlı beynəlxalq konfransın keçirilməsi təşəbbüsünün irəli sürülməsi planlaşdırılır.

Qeyd edək ki yanvarın 8-da Rusiya və Türkiyə prezidentləri İstanbulda görüşəcək.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date