SEPAH-ın komandanı: “Qasım Süleymaninin qisası mütləq alınacaq”

SEPAH-ın komandanı: “Qasım Süleymaninin qisası mütləq alınacaq”
  • Clock-gray 14:21
  • calendar-gray 19 Sentyabr 2020

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin qisası mütləq alınacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu SEPAH-ın komandanı, general Hüseyn Salami deyib. 

“Biz yalnız general Qasım Süleymaninin şəhid olmasında birbaşa və ya dolayısı ilə iştirak edənləri hədəf alırıq”, - deyə general vurğulayıb.

O, ABŞ-ın Cənubi Afrikadakı səfirinə sui-qəsd planları ilə bağlı iddialara da münasibət bildirib.

“Siz elə düşünürsünüz ki, biz şəhid qardaşımızın qanı müqabilində Cənubi Afrikadakı bir qadın səfiri vuracağıq?”, - deyə SEPAH-ın komandanı qeyd edib.

Xatırladaq ki, daha əvvəl “Politico” nəşri ABŞ-ın bir sıra rəsmilərinə istinadən iddia edib ki, İran Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın Cənubi Afrikadakı səfiri Lana Marksa sui-qəsd təşkil etmək niyyətindədir.

Süleyman Fərzəliyev

Digər xəbərlər