SEPAH komandanı: “Koronavirus ABŞ-ın bioloji silahı ola bilər”

SEPAH komandanı: “Koronavirus ABŞ-ın bioloji silahı ola bilər”
# 05 mart 2020 16:23 (UTC +04:00)

“Yeni tip koronavirus ABŞ-ın bioloji silahı ola bilər”.

APA-nın İSNA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Hüseyn Salami deyib.

SEPAH-ın komandanı qeyd edib ki, əgər bu, ABŞ-ın əməlidirsə, Amerika xalqına da təsir edəcək, əks təqdirdə koronavirusun yayılması dayandırılacaq.

Xatırladaq ki, İranda koronavirusa 3513 nəfər yoluxub, xəstəlikdən 107 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR