Şəbnəm Aktop: “Ermənistan beynəlxalq hüququn tələblərini pozmaqda davam edir”

Şəbnəm Aktop: “Ermənistan beynəlxalq hüququn tələblərini pozmaqda davam edir”
  • Clock-gray 12:57
  • calendar-gray 07 Noyabr 2020

“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində bundan öncə olduğu kimi bundan sonra da yanlarında olmağa və dəstək verməyə davam edəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Şəbnəm Aktop gündəmə dair mövzuları dəyərləndirməsində belə bildirib.

Ermənistanın 27 sentyabrdan Azərbaycana qarşı başlatdığı insanlıqdan kənar hücumlarını davam etdirdiyini xatırladan nazirlik rəsmisi 10, 18, 26 oktyabr tarixlərində qəbul edilən atəşkəslərə rəğmən, dinc insanları hədəf alan, yaşayış məntəqələrini atəşə tutan və bununla da beynəlxalq hüququn tələblərini pozan işğalçı dövlətin müharibə cinayətlərinə də yol verdiyini vurğulayıb: “Bu hücumlarda indiyədək 91 Azərbaycan vətəndaşı həyatını itirib, 404-ü yaralanıb”, - deyə Ş.Aktop qeyd edib.  

Sevil Ünal Hilalqızı

Digər xəbərlər