Senatın “erməni soyqırımı” haqda qərarına görə ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb

Senatın “erməni soyqırımı” haqda qərarına görə ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb
# 13 dekabr 2019 17:17 (UTC +04:00)

ABŞ-ın Türkiyədəki səfiri David M. Satterfield Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Amerikalı diplomat ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul etməsinə görə XİN-ə çağırılıb.

Məsələ ilə bağlı Türkiyə tərəfinin etirazı səfirin diqqətinə çatdırılıb.

Xatırladaq ki, ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib. Dördüncü dəfə səsə qoyulan qanun layihəsini yekdilliklə qəbul olunub.

Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə isə təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR