Seyid Ali Haşim: "Əhali dolanışıq problemindən əziyyət çəkir"

Seyid Ali Haşim: "Əhali dolanışıq problemindən əziyyət çəkir"
# 11 sentyabr 2020 13:19 (UTC +04:00)

“Əhali dolanışıq problemindən əziyyət çəkir, istehlak mallarının qiyməti tüğyan edir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İranın Ali Liderinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Ali Haşim deyib.

“Gündəlik tələbat və istehlak mallarının, həmçinin avtomobil qiymətləri günü-gündən kəskin bahalaşır və insanlar dolanışıq problemindən çox əziyyət çəkir. Əməkdaşlıq, iş birliyi və müqavimət iqtisadiyyatının tələblərinə əsaslanaraq, insanları çətin vəziyyətə salan mövcud iqtisadi vəziyyəti arxada qoya bilərik”, - deyə o bildirib.

Hökumətin təklif etdiyi iqtisadi bərpa planının qeyri-müəyyənliklərinə toxunan din xadimi əlavə edib ki, İranı xilas etməyin açarı əməkdaşlıq ruhunun möhkəmlənməsindədir və dövlət məmurları xalqın iqtisadi problemlərdən haqlı şikayətlərini həll etməlidir. Bu problemlər hökumətin səhlənkarlığı və plansızlığı nəticəsində gündən-günə daha da çoxalmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR