Səhiyyə naziri: "İran koronavirusun yayılmasına nəzarəti ələ ala bilib"

Səhiyyə naziri: "İran koronavirusun yayılmasına nəzarəti ələ ala bilib"
# 12 may 2020 19:06 (UTC +04:00)

"İran koronavirusun yayılmasına nəzarəti ələ ala bilib".

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Səhiyyə naziri Səid Nəməki bildirib.
"Şükürlər olsun ki, ölkə daxilində daha uyğun bir vəziyyətə nail ola bilmişik. İlk günlərdə üç mərhələnin - idarəetmə, xəstəlik üzərində nəzarət və lokalizasiya mərhələlərinin olduğunu bildirmişdim. Bir çox bölgədə nəzarət mərhələsinə keçmişik, lakin bəzi regionlarda lokalizasiya mərhələsindəyik", - deyə nazir bildirib.

Xuzistan əyalətində vəziyyətin pisləşməsi ilə əlaqədar Səhiyyə naziri deyib ki, ölkənin bir sıra əyalətlərində koronavirusun sona çatdığını düşünmək strateji bir səhvdir.

Xatırladaq ki, İranda fevralın 19-da koronavirusa ilk yoluxma halı qeydə alınıb. İndiyədək ölkədə infeksiyaya yoluxanların sayı 110 minə çatıb, onlardan 6 mindən çox xəstə vəfat edib. 88 mindən artıq şəxs sağalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR