Şimali Marian adalarında 5.9 maqnitudalı zəlzələ olub

Şimali Marian adalarında 5.9 maqnitudalı zəlzələ olub
# 24 iyun 2020 04:46 (UTC +04:00)

Sakit okeanın qərbində, Şimali Marian adaları yaxınlığında 5.9 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Bakı vaxtı ilə 21:50-də qeydə alınıb. Zəlzələlərin episentri Quam adasında yerləşən Yiqo kəndindən 97 kilometr şimal-şərqdə, 60 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR