Çinin “Sinovac Biotech” şirkəti indiyədək dünya miqyasında 260 milyon doza COVID-19 peyvəndi tədarük edib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin icraçı direktoru Yin Veidonq bildirib.
Onun sözlərinə görə, 260 milyon doza peyvəndin 60%-dən çoxu başqa ölkələrə göndərilib.
İcraçı direktor vurğulayıb ki, gün ərzində 6 milyon dozadan çox COVID-19 peyvəndi istehsal olunur.