Son sutkada Hindistanda 24800 nəfər koronavirusa yoluxub

Son sutkada Hindistanda 24800 nəfər koronavirusa yoluxub
# 09 iyul 2020 09:42 (UTC +04:00)

Hindistanda son sutkada koronavirusa yoluxanların sayı 24800 nəfər artaraq 767 296-ya çatıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, ölkədə 269 789 aktiv xəstə var, 476 377 insan sağalıb.

Son sutkada 487 nəfər virusdan vəfat edib. Ümumilikdə Hindistanda koronavirusdan dünyasını dəyişənlərin sayı 21 129 nəfər təşkil edir.

Qeyd edək ki, Hindistan dünyada koronavirusa yoluxmanın sayına görə 3-cü yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR