“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri sərbəst buraxılıb - YENİLƏNİB

“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri sərbəst buraxılıb - YENİLƏNİB
# 01 mart 2020 19:06 (UTC +04:00)

“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir Boztəpə sərbəst buraxılıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Mahir Boztəpə saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Mahir Boztəpə barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladılıb.

***

saat 18.01

“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir Boztəpə İstanbulda saxlanılıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Mahir Boztəpə barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladılıb.

Mahir B. Baş Prokurorluğun təlimatı əsasında saxlanılaraq polis idarəsinə aparılıb.

“Sputnik” əməkdaşı barəsində istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR