Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb

Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb
# 11 sentyabr 2020 12:26 (UTC +04:00)

Şərqi Azərbaycanda koronavirusa yoluxmada kəskin artım tendensiyası qeydə alınıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Somi deyib.

O Şərqi Azərbaycan vilayətində koronovirusla bağlı son vəziyyəti belə şərh edib: “İndiyədək Şərqi Azərbaycanda 30 055 koronavirus xəstəsi aşkarlanıb və onların 4,5%-i virusdan həyatını itirib”.

O əlavə edib ki, son 24 saatda 280 yeni koronavirs xəstəsi xəstəxanaya yerləşdirilib və daha 12 nəfər ölüb.

Şərqi Azərbaycanda keçirilmiş koronavirus testlərinin təxminən 50%-nin müsbət çıxdığını qeyd edən Təbriz Tibb Elmləri Universitetinin rektoru əlavə edib ki, hazırda 105 nəfər də ventilyatorun (mexaniki ventilyasiya) köməyi ilə nəfəs alır.

Şərqi Azərbaycan vilayətinin hələ də koronanın “qırmızı zona”ya daxil olduğunu vurğulayan M. Somi deyib ki, Vərzeqan, Horand və Esku rayonları “ağ”, Mərənd, Şəbestər, Xudafərin və Bostanabad rayonları “sarı”, Həştrud, Həris, Bunab, Əhər, Çaraoymaq və Təbriz rayonları “narıncı” zonaya daxildir və kiçik statistik dəyişikliklə “qırmızı” kateqoriyaya aid olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR