Səudiyyə Ərəbistanı 2021-ci ilin əvvəlinə qədər turizm vizalarını bərpa etməyi planlaşdırır

Səudiyyə Ərəbistanı 2021-ci ilin əvvəlinə qədər turizm vizalarını bərpa etməyi planlaşdırır
# 27 sentyabr 2020 06:12 (UTC +04:00)

“Səudiyyə Ərəbistanı koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqdan bir neçə ay sonra turizm vizalarını 2021-ci ilin əvvəlinə qədər bərpa etməyi planlaşdırır”.

APA Reuters-ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Turizm naziri Mərva Rəşad açıqlamasında deyib.

Bildirilib ki, epidemioloji vəziyyət yaxşılaşarsa, turizm vizasının bərpası sürətlənə bilər və daha erkən həyata keçirilə bilər.

Qeyd edək ki, turizm Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün iddialı islahatlar strategiyasının əsas sütunudur. 2019-cu ilin sentyabrında 49 ölkə üçün yeni viza rejimini tətbiq edərək qapılarını xarici turistlərə açan krallıq 2030-cu ilədək turizm sektorunun ümumi daxili məhsulun 10% -ni təmin edəcək səviyyəyə qaldırmaq niyyətindədir.

Xatırladaq ki, fevral ayının sonunda krallıq sərhədlərini xarici zəvvarlar, həmçinin, 25 ölkədən gələn turistlər üçün bağlayıb. Mart ayında isə səyahətçilərin ölkəyə girişi tam qadağan edilib.

Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanında indiyədək 332 790 koronavirusa yoluxma, 4655 ölüm hadisəsi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR