Səudiyyə Ərəbistanı yetkinlik yaşına çatmayanlarla bağlı ölüm hökmü cəzasını ləğv edib

Səudiyyə Ərəbistanı yetkinlik yaşına çatmayanlarla bağlı ölüm hökmü cəzasını ləğv edib
# 27 aprel 2020 12:08 (UTC +04:00)

Səudiyyə Ərəbistanı hakimiyyəti yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətlərə görə barələrində çıxarılan ölüm hökmü cəzasının ləğv edilməsi haqda qərar qəbul edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İnsan haqları üzrə komissiyanın “Twitter” səhifəsində məlumat verilib.

Bilidirilib ki, bu, Səudiyyə Ərəbistanı üçün vacib gündür və bu qərar daha müasir cinayət məcəlləsinin yaradılmasına öz köməyini göstərəcək.

Qeyd olunub ki, yetkinlik yaşına çatmayan şəxslərin barəsində çıxarılmış ölüm hökmü 10 il müddətindən çox olmayan azadıqdan məhrum etmə cəzası ilə əvəz ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR