Səudiyyə Ərəbistanına atılan 2 raket hərbçilər tərəfindən səmada məhv edilib

Səudiyyə Ərəbistanına atılan 2 raket hərbçilər tərəfindən səmada məhv edilib
# 29 mart 2020 05:28 (UTC +04:00)

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri “Ənsar Allah” (Husilər) Yəmən terror qruplaşması tərəfindən atıldığı iddia edilən 2 raketi Ər-Riyad şəhəri üzərində vurub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, krallığın paytaxtında güclü partlayış səsi eşidilib. Baş verənlərin təfərrüatları dəqiqləşdirilir.

Daha bir raketin Səudiyyə Ərəbistanının Yəmənlə sərhədi yaxınlığında yerləşən Cizan şəhəri üzərində vurulduğu bildirilir.

Hər iki hava hücumunun nəticələri barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR