Səudiyyə Ərəbistanındakı səfirliyimiz bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib

Səudiyyə Ərəbistanındakı səfirliyimiz bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib
  • Clock-gray 16:33
  • calendar-gray 15 Mart 2020

Səudiyyə Ərəbistanı Krallığında yaşayan Azərbaycan vətəndaşlarına bir sıra tövsiyələr verilib. 

APA-nın məlumatına görə, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi vətəndaşlarımıza müraciət edib.

Müraciətdə bildirilir ki, yeni növ koronavirusun sürətlə yayılmasına görə, Səudiyyə Ərəbistanı dövlət orqanlarının yaydığı rəsmi məlumatlar diqqətlə izlənilməli və şəxsi gigiyena qaydalarına əməl olunmalıdır. Bundan başqa, aşağıdakı tövsiyələr verilib:

“Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə edilməsin və insanların kütləvi halda toplaşdığı məkanla gedilməsin.

Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə olduqda təcili tibbi müayinədən keçirilsin, bu məqsədlə Səfirlikdə yaradılan “Qaynar xətt”lə (+9966 11 419 2382, +988 54 567 2583 ) əlaqə saxlanılsın”. 

 

apa-logo-mini

Digər xəbərlər