Süleymaninin öldürülməsinə görə İranın Ali Milli Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək

Süleymaninin öldürülməsinə görə İranın Ali Milli Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək
# 03 yanvar 2020 10:19 (UTC +04:00)

İranın Ali Milli Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Keyvan Xosvari deyib.

O qeyd edib ki, İranın Ali Milli Təhlükəsizlik Şurası İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar təcili iclas keçirəcək.

Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR