Suriya ordusu Hələbin qərbində silahlı qruplaşmaların mövqelərinə artilleriya zərbələri endirib

Suriya ordusu Hələbin qərbində silahlı qruplaşmaların mövqelərinə artilleriya zərbələri endirib
# 26 yanvar 2020 06:31 (UTC +04:00)

Suriya ordusunun artilleriya qüvvələri Hələbin qərb kənarlarındakı (Dəməşqdən 360 km) silahlı qruplaşmaların mövqelərinə zərbələr endirib.

APA-nın “SANA” agentliyinə istinadən verdiyi məlumata görə, silahlıların arasında ciddi itkilər var.

Ordu Camiyət-əz-Zəhra yaşayış məhəlləsindən Rəşidin mikrorayonuna qədər bütün cəbhə boyu hücumlar edib. Kfar Həmra, Xan əl-Asal, Əl-Mansoura, Buxus və Kfar Naha massivlərində silahlı qruplaşmaların dayaq məntəqələrinə zərbələr endirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR