Suriya ordusu İdlibdə terrorçuların hücumunun qarşısını alıb

Suriya ordusu İdlibdə terrorçuların hücumunun qarşısını alıb
# 23 dekabr 2019 01:25 (UTC +04:00)

Suriya ordusu İdlib əyalətindəki Karratin əl-Kəbir kəndinə girməyə çalışan yüzlərlə "Həyat Təhrir əş-Şam" terrorçularının hücumunu dəf edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Döyüşən tərəflərin barışıq Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov bildirib.

Onun sözlərinə görə, axşam saat 19:00 radələrində terrorçular minalanmış avtomaşının köməyi ilə Sukayyat kəndinin şimalında yerləşən Suriya ordusunun mövqelərinə hücuma keçmək istəyiblər. Kamikadze-sürücü hökumət qüvvələri tərəfindən məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR