Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-şərqində PKK terror təşkilatının Suriya qolu YPG-nin 9 üzvünü zərərsizləşdirib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.
Türkiyə xüsusi təyinatlıları terrorçuların koordinatlarını müəyyənləşdirib və terrorçular artilleriya zərbəsi ilə məhv edilib.