Suriyada Rusiya hərbi polis patrulunun yolunda bomba partlayıb

Suriyada Rusiya hərbi polis patrulunun yolunda bomba partlayıb
# 09 iyun 2020 18:10 (UTC +04:00)

Suriyanın Kobani şəhərində Rusiya hərbi polis patrulunun yolunda əldəqayırma bomba partlayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iyunun 9-da səhər Rusiya hərbi polis patrulunun marşrutu son nöqtədən dönərkən partlayıcı qurğu işə düşüb: “İnsident nəticəsində zərərçəkən olmayıb. Hərbçilər sağ-salamat hərbi bazaya qayıdıblar", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR