Suriyada Rusiyanın zirehli texnikası raket atəşinə tutulub, 3 hərbçi yaralanıb

Suriyada Rusiyanın zirehli texnikası raket atəşinə tutulub, 3 hərbçi yaralanıb
# 30 dekabr 2020 03:16 (UTC +04:00)

Suriyanın İdlib şəhərində Rusiya məxsus şəxsi heyəti daşıyan zirehli döyüş texnikası yaraqlılar tərəfindən Tank Əleyhinə İdarə olunanan Raketlə (TƏİR) atəşə tutulub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin rəis müavini kontr-admiral Vyaçeslav Sıtnik bildirib.

Hadisə çərşənbə axşamı saat 15:45-də İdlibin cənub-şərqndə yerləşən Trumba qəsəbəsində təhlükəsizlik tədbirləri görən zaman baş verib.

Yaralılar hərbi hospitala təxliyə edilib. Hərbçilərin səhətinin normal olduğu bildirilib.

Atəş açan tərəfin kimliyi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR