Suriyada baş vermiş terror aktında ölənlərin sayı 42-yə çatıb - YENİLƏNİB

Suriyada baş vermiş terror aktında ölənlərin sayı 42-yə çatıb - YENİLƏNİB
# 29 aprel 2020 00:17 (UTC +04:00)

Suriyanın Afrin şəhərində PKK/YPG-nin törətdiyi terror aktında ölənlərin sayı 42-yə çatıb.

APA-nın Türkiyə bürosunun "Demiören" xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Afrin valiliyindən yayılan açıqlamada bildirilib.

Məlumatda qeyd olunub ki, üçü uşaq olmaqla 42 Suriya vətəndaşı ölüb, 30-u isə yaralanıb.

Valilikdən verilən məlumatda bildirilib ki, hadisə ilə bağlı kamera görüntüləri izlənilib, partlayıcı quraşdırılmış dizel dolu maşını hadisə yerinə gətirən şübhəli şəxslər saxlanılıb.

***

Saat 19:26

Suriyanın Afrin şəhərində baş verən terror aktında 20 nəfər ölüb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, partlayıcı quraşdırılmış dizel dolu maşın Afrin şəhər mərkəzində mülki şəxslərin cəmləşdiyi Racu küçəsində partladılıb. Nəticədə 20 nəfər ölüb, onlarla adam yaralanıb.

Yaralılar xəstəxanalara aparılıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Partlayış nəticəsində ətrafdakı bir çox binalara ziyan dəyib, yolda olan avtomobillər yararsız hala düşüb.

Yerli təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı YPG/PKK tərəfindən təşkil edildiyi ehtimalını nəzərdən keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR