Suriyada fəhlələri aparan avtobus minaya düşüb

Suriyada fəhlələri aparan avtobus minaya düşüb
# 15 noyabr 2020 07:16 (UTC +04:00)

Suriyanın iqtisadi paytaxtı hesab olunan Hələbin qərbindəki Minyan qəsəbəsində fəhlələri daşıyan avtobus minaya düşüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə hökumət telekanalı “Syria” polisdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, insident zamanı azı bir suriyalı ölüb. Daha bir neçə nəfər yaralanıb, hamısı təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya aparılıb. Zərərçəkənlər yerli mişar zavodunda çalışırmışlar.

Bildirilir ki, partlayıcı qurğu ərazidə vaxtilə mövcud olan terrorçular tərəfindən quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR