Suriyada partlayış nəticəsində ABŞ-ın 4 hərbçisi ölüb

Suriyada partlayış nəticəsində ABŞ-ın 4 hərbçisi ölüb
  • Clock-gray 02:21
  • calendar-gray 09 Noyabr 2020

Suriyanın şimal-şərqində ABŞ hərbçilərinin olduğu hərbi avtomobilin əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində dörd hərbi qulluqçu ölüb.

APA xəbər verir ki, bu barədə “SANA” dövlət agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış Markada yaşayış məntəqəsinin yaxınlığında, Deyr əz-Zor və Əl-Haseke şəhərləri arasındakı yolda baş verib. Ölənlərin arasında bir tərcüməçi də var.

Partlayış yeri nəzarətə götürülüb.

apa-logo-mini

Digər xəbərlər