Suriyanın Hmeymim aviabazası yaxınlığında naməlum PUA vurulub

Suriyanın Hmeymim aviabazası yaxınlığında naməlum PUA vurulub
# 24 mart 2020 05:15 (UTC +04:00)

Suriya hava hücumundan müdafiə qüvvələri Rusiya hərbi qüvvələrinin yerləşdiyi Hmeymim aviabazası yaxınlığında pilotsuz uçuş aparatını (PUA) vurub.

APA xəbər verir ki, bu barədə Suriyanın “SANA” dövlət agentliyi məlumat yayıb.

PUA-nın hansı ölkəyə məxsus olduğu məlum deyil.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR