Suriyanın şimalında partlayış törədilib, 14 nəfər yaralanıb

Suriyanın şimalında partlayış törədilib, 14 nəfər yaralanıb
# 25 dekabr 2019 14:34 (UTC +04:00)

Suriyanın şimalında, Cerablus bölgəsində partlayış törədilib.

APA-nın yerli bürosunun Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, PKK/YPG terror təşkilatı tərəfindən kustar üsulla hazırlanmış bombaların yerləşdirildiyi iki motosiklet partladılıb.

Terror aktı nəticəsində 14 nəfər yaralanıb. Yaralananların arasında uşaqlar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR