Tailandda 21 nəfəri qətlə yetirmiş əsgər təhlükəizlik qüvvələri ilə atışmada öldürülüb - YENİLƏNİB-3

Tailandda 21 nəfəri qətlə yetirmiş əsgər təhlükəizlik qüvvələri ilə atışmada öldürülüb - YENİLƏNİB-3
# 08 fevral 2020 07:24 (UTC +04:00)

Tailandda onlarla insanı qətlə yetirən əsgər təhülkəsizlik qüvvələri tərəfindən məhv edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə bu barədə ölkənin səhiyyə naziri Anutin Jarnverrakul deyib.

***

00:12

Tailandda xüsusi təyinatlılar 20 nəfəri qətlə yetirmiş əsgəri ticarət mərkəzində tapa bilməyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, polis silahlının gizləndiyi ticarət mərkəzinin bütün mərtəbələrini axtarsa da, onu tapa bilməyib.

Əsgərin ticarət mərkəzinin zirzəmisində gizlənə biləcəyi ehtimal edilir.

Tailand ordusunun hərbçisi 32 yaşlı Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə və iki əsgərə atəş açıb.

Daha sonra şəhərdəki "Terminal 21" ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri "Facebook" hesabında canlı yayımlayıb. İnsident nəticəsində 20 nəfərin öldüyü bildirilir.

***

21.20

Tailandda ticarət mərkəzində girov saxlanılan 16 nəfərin azad edilməsi üçün xüsusi təyinatlılar əməliyyata başlayıb.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə əməliyyatın gedişatı barədə əlavə məlumat verilmir.

Qeyd edək ki, Tailandda əsgərin mülki vətəndaşlara atəş açması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Cinayətkar “Terminal-21” ticarət mərkəzinin dördüncü mərtəbəsində 16 nəfəri girov saxlayır.

***

20:36

Tailandda əsgərin mülki vətəndaşlara atəş açması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

APA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə silahlı 16 nəfəri girov saxlayır.

***

18:35

Tailandda əsgər mülki vətəndaşlara atəş açıb, 17 nəfər ölüb, 14 nəfər yaralanıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə Tailandın Nakhon Ratchasima şəhərində (həmçinin Korat kimi tanınır) baş verib.

Tailand Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə hücum edib. "Bankok Post"un məlumatına görə, o, hərbi hissəni tərk etməzdən öncə komandirinə və iki əsgərə atəş açıb.

Silahlı əsgərin 16 nəfəri girov götürdüyü bildirilir.

Daha sonra şəhərdəki "Terminal 21" ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri "Facebook" hesabında canlı yayımlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR