Tailandda baş vermiş atışmada ölənlərin sayı 27 nəfərə çatıb

Tailandda baş vermiş atışmada ölənlərin sayı 27 nəfərə çatıb
# 09 fevral 2020 11:34 (UTC +04:00)

Tailandda baş vermiş atışmada ölənlərin sayı 27 nəfərə çatıb, 57 nəfər yaralanıb.

APA-nın beynəlxalq KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə keçirdiyi mətbuat konfransında Tailandın Baş naziri, general Prayut Çan Oça bildirib.

Baş naziri Nakhonratçasim şəhərinin Maharat xəstəxanasında keçirilən mətbuat konfransında qeyd edib ki, ölənlərin siyahısına xüsusi təyinatlılar, mülki şəxslər və hadisəni törədən cinayətkar özü də daxildir.

Xəstəxanaya yerləşdirilmiş 57 nəfərdən 25-i buraxılıb.

Qeyd edək ki, fevralın 8-də silahlı hərbçi Tailandın şimal-şərqində yerləşən ticarət mərkəzində insanlara atəş açıb, bir neçə nəfəri girov götürüb. Xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində o, məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR