Tailandda sağlam insanın meyitdən koronavirusa ilk yoluxma halı qeydə alınıb

Tailandda sağlam insanın meyitdən koronavirusa ilk yoluxma halı qeydə alınıb
  • Clock-gray 14:46
  • calendar-gray 14 Aprel 2020

Tailanda koronavirusdan ölən insandan məhkəmə tibbi ekspertinə yoluxma faktı qeydə alınıb.

APA "CNN Türk"-ə istinadən xəbər verir ki, mütəxəssislərə görə, bu, sağlam insanın meyitdən koronavirusa ilk yoluxma halıdır. 

Bildirilib ki, koronavirusdan əvvəl ebola virusundan ölən şəxsdən sağlam insana yoluxma halı aşkarlanıb.

Qeyd edək ki, koronavirusun ölü bədəndə nə qədər müddət aktiv qaldığı müəyyənləşməyib.

Əsmər Qabil

Digər xəbərlər