“Taliban” 8 dinc sakini qətlə yetirib

“Taliban” 8 dinc sakini qətlə yetirib
  • Clock-gray 11:44
  • calendar-gray 08 Aprel 2020

“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın şimalındakı Bəlx əyalətində 8 nəfəri qətlə yetiriblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, döyüşçülər Bəlx əyalətinin Şolqar dairəsində mülki şəxsləri oğurlayıblar. Onların ən azı səkkiz mülki şəxsi qətlə yetirdiyi qeyd olunur.  

Hazırda Əfqanıstanda hakimiyyət qüvvələri ilə “Taliban” hərəkatının döyüşçüləri arasında qarşıdurma gedir. Bundan başqa, ölkə ərazisində “İslam Dövləti” terror qruplaşmasının təsiri güclənib. Əfqanıstanın milli müdafiə qüvvələri və təhlükəsizlik xidməti ölkədə  terrorizmə qarşı genişmiqyaslı əməliyyatlar aparır.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər