Taliban ABŞ-ın Əfqanıstandakı hərbi bazasına hücum edib, ölən və yaralananlar var

Taliban ABŞ-ın Əfqanıstandakı hərbi bazasına hücum edib, ölən və yaralananlar var
# 12 dekabr 2019 04:41 (UTC +04:00)

ABŞ və Taliban arasında sülhə nail olmaq məqsədilə planlaşdırılan danışıqlar ərəfəsində Birləşmiş Ştatların Kabilin şimalındakı Baqram əyalətində yerləşən hərbi aviabazasına hücum edilib.

APA “Reuters”ə istinadən xəbər verir ki, ilkin məlumata görə, hücum zamanı bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Taliban terror qruplaşması hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb. Taliban üzvü Zabihullah Mucahid bildirib ki, əvvəlcə içi dolu partladıcı olan “Mazda” markalı avtomobil ABŞ bazasının divarına yaxınlaşıb. Partladıcı mexanizm işə düşdükdən sonra yüngül və ağır çaplı silahlardan atəş açılıb.

Z.Mucahid tərəflər arasında atışmanın uzun müddət davam etdiyini desə də, ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya hücumun qısa zamanda dəf edildiyini bildirib.

Koalisiya qüvvələri hücum zamanı yerli sakinlər üçün tikilən tibbi bazanın da bir hissəsinin dağıdıldığını açıqlayıb. Taliban bu xəbəri təkzib edib.

Baqram əyalətinin qubernatoru Abdul Şukur Qudosinin açıqlamasına görə, atışma zamanı 87 nəfər yaralanıb, bir qadın ölüb, koalisiya qüvvələrindən isə 5 hərbçi yaralanıb.

Parvan əyalətinin qubernatorunun sözçüsü Vahid Şahkar isə bazaya daxil olmaq istəyən terrorçularla koalisiya qüvvələri arasında 30 dəqiqəlik silahlı qarşıdurma olduğunu deyib.

Əfqanıstan Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib ki, xəsarət alanların əksəriyyəti əfqandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR